» » Bakıda quldurluq edənlərə

Bakıda quldurluq edənlərə 10 İL 10 AY CƏZA

Bölmə: Xəbər
Bakıda quldurluq edənlərə Bu gün Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Elgiz Məmmədov və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Sahil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə Sahil İbrahimov 4 il 4 ay, Elgiz Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 13-də Q.Qarayev prospektində baş verib. Naməlum şəxslər Osman Mustafayevi bıçaqla hədələyib pulunu və mobil telefonunu əlindən alıblar. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Elgiz Məmmədov və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Sahil İbrahimov tutulublar. İstintaq zamanı onların başqa cinayət əməlində şübhəli olduğu bilinib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler