» » Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

Bölmə: Xəbər
Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə paytaxt Bakıda və Azərbaycanın bəzi rayonlarında bir sıra binalar bayraqlarla bəzədilib. APA-nın məlumatına görə, paytaxtın bir sıra yaşayış və qeyri-yaşayış binalarında ("Qafqaz” otellər şəbəkəsi, "AFB Bank" şəbəkələri, "Pullman" Hotel, “Libraff” kitab satışı mağazaları, "Qafqaz Buziness Center", "Capital Tower", “Crescent Development”, “Dərs evi”, bəzi restoranlar, mağazalar, iş mərkəzləri və s.) Cümhuriyyətimizin 100 illiyi şərəfinə üçrəngli Azərbaycan bayraqları asılıb. Bununla Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə bağlı qürur hissi ifadə edilir, dövlət və dövlətçilik rəmzlərinə hörmət və ehtiram bildirilir. Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub. Bu münasibətlə ölkə daxilində, o cümlədən bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler