» » Keçmiş hakim “özümü pis hiss edirəm” dedi, ifadə vermədi

Keçmiş hakim “özümü pis hiss edirəm” dedi, ifadə vermədi

Bölmə: Xəbər
Keçmiş hakim “özümü pis hiss edirəm” dedi, ifadə vermədiBu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş hakim Həsən Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Zərərçəkən iş adamı Ramazan Səlimovun vəkili İradə Cavadova qafqazinfo-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs bu gün də ifadə verib.


O, istintaqa verdiyi ifadəsini tam oxumadan imzaladığı üçün onu qəbul etmədiyini və ləğv edilməsini istəyib. Vəkilin sözlərinə görə, bu gün təqsirləndirilən Həsən Əliyev ifadə verməli olsa da o özünün pis hiss etdiyini deyərək ifadəsini təxirə saldırıb. Buna görə də, budəfəki prosesdə digər təqsirləndiirlən Elman Məmmədov ifadə verib.

İ.Cavadova ayın 17-nə nəzərdə tutulan məhkəmənin onun prosesə qatılmaması səbəbindən təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, hava şəraiti ilə bağlı reysdə gecikmələr olduğu üçün ancaq günorta saat 1-də Gəncəyə çata bilib. Buna baxmayaraq, bu barədə tez-tez məhkəmə sədrini məlumatlandırdığını deyən vəkil, R.Səlimov gəlməsə də özünün prosesə qatılacağını xəbər verib. İ.Cavadova bildirib ki, hətta o, vaxtında məhkəmə çatdırsaydı belə proses təxirə salınacaqdı. Çünki digər təqsirləndirilən Elman Məmmədov vəkili Adəm Məmmədovdan imtina edib və yeni vəkil məhkəmədə iştirak etməyib: “Biz araşdırdıq və məlum oldu ki, R.Səlimovun aralarında ədavət olan bacısını Həsən Əliyev tapıb və xahiş edib ki, 17-si olacaq məhkəmədə iştirak etsin. Lakin o həmin tarixdə Türkiyədə olacağını bildirdiyi üçün H.Əliyev prosesin təxirə salınmasında maraqlı olub. Mətbuatda Ramazan Səlimovun bacısının ondan şikayətçi olması ilə bağlı xəbər yayılıb. Əslində isə bu şikayətin R.Səlimova heç bir aidiyyatı yoxdur. Bacısının səhv etmirəmsə, 2009-2010-cu illərdə tamamilə başqa bir şəxslə məhkəmə çəkişməsi olub və Səlimov bacısına yardım məqsədilə pul verib. Bacısı isə onu şantaj edir ki, pulunun digər hissəsini də ona ödətdirsin”.

Proses sabah saat 10-a təxirə salınıb.

Qeyd edək ki, keçmiş hakim Həsən Əliyev iş adamını aldadaraq aldığı 600 min manat pulu mənimsəməkdə təqsirli bilinir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler