» » Gömrük Komitəsindən “qərənfil qaçaqmalçılığı” ilə bağlı -

Gömrük Komitəsindən “qərənfil qaçaqmalçılığı” ilə bağlı - Açıqlama

Bölmə: Xəbər
Gömrük Komitəsindən “qərənfil qaçaqmalçılığı” ilə bağlı - Dövlət Gömrük Komitəsi (DGK) Dağıstan Gömrük İdarəsinin “Məhərrəmkənd” gömrük postunda Azərbaycandan Rusiyaya gedən “Mercedes Benz” markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə yayılan məlumata aydınlıq gətirib.

DGK-dan verilən məlumata görə, 17 may 2018-ci il tarixdə Azərbaycandan Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib:

“Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler