» » Alpinistlərin cəsədi müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcək

Alpinistlərin cəsədi müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcək

Bölmə: Xəbər
Alpinistlərin cəsədi müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcəkQuba rayonunda itkin düşmüş alpinistlərin cəsədi helikopterlə Bakıya göndəriləcək.

Xalqinfo.az-ın report-a istinadən məlumatına görə, onların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 cəsəd (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler