» » Bakı bazarında yanğın - YENİLƏNİB

Bakı bazarında yanğın - YENİLƏNİB

Bölmə: Xəbər, MANŞET
Bakı bazarında yanğın  - YENİLƏNİBFövqəladə Hallar Nazirliyi (FHN) Bakıda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.Xalqinfo.az bildirir ki, apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda ayrı-ayrı vətəndaşlara məxsus, sahəsi 50 kvadratmetr olan ev əşyaları satışı mağazasının yanar konstruksiyaları, o cümlədən sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində satış üçün nəzərdə tutulmuş mebel, 25 kv.m olan taxta konstruksiyalı tikili yanıb. Ona bitişik mağazanın lambirdən ibarət tavanı 50 kv.m sahədə yüksək temperaturdan əriyib. Yanğın yanğınsöndürənlər tərəfindən saat 11.33-də söndürülüb.

---------
12:28

Bakıda bazarda baş verən yanğın söndürülüb.
apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bazarda baş verən yanğını söndürüblər. Hazırda yanan ərazidə araşdırma aparılır.

İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

---------
11:33

Bakıda bazarda yanğın başlayıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Sabunçu qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler