» » Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxardı - Özü ərizə yazıb

Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxardı - Özü ərizə yazıb

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxardı - Özü ərizə yazıb
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.

Mia.az-a daxil olan məlumata görə, yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur.

Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler