» » Yol kənarında dayanan maşını vurdu:

Yol kənarında dayanan maşını vurdu: ölən var

Bölmə: Xəbər
Yol kənarında dayanan maşını vurdu:Noyabrın 20-də saat 01 radələrində Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Xalqinfo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xocasən qəsəbəsində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus “VAZ-2104” və Sabirabad rayon sakini Teymur Həsənova məxsus “BMW” markalı avtomobillərə vurub. S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədova isə ilkin tibbi yardım göstərilib.

Abşeron RPŞ tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler