» » “Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”

Bölmə: Xəbər
“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”  Ermənistan baş naziri Serj Sarkisyan bu gün vəzifəsindən istefa verib. O, xalqın “İstefa!” tələbi qarşısında geri çəkildiyini bəyan edib.

Serj Sarkisyanın istefası Qarabağ məsələsində hansı nəticələrə gətirə bilər?

Xalqinfo.az-ın məlumatına görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına danışarkən Serj Sarkisyanın istefasına sevindiyini bildirib.

“Gözümüz aydın olsun! Bəlkə bundan sonra erməni xalqı azadlığa çıxar. Ermənistada baş verən bütün prosesləri çox gözəl dəyərləndirirəm. Çünki Serj Sarkisyanın Ermənistanda ermənilərin başına açdığı oyunlar hər kəsə məlumdur. Onlar çox zülüm çəkdi. Eyni zamanda, Sarkisyan bizim Ermənistanla olan düşmənçiliyimizi dərinləşdirdi, sülh şəraiti yaratmadı. O, işğal altında olan torpaqlarımıza geri qayıtmağa imkan vermədi”.

Bayram Səfərov qeyd edib ki, Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir:

“Sarkisyan Azərbaycan xalqının düşmənidir. Xocalı soyqırımı zamanı şəhidlərimizin qanının axmasına səbəb olan biridir. Düzdür, Sakisyanın yerinə də erməni təyin olunacaq. Amma ağıllı erməni olsa, millətinin qədrini biləcək və 21-ci əsrdə sülhün vacibliyini dərk edəcək. Onlar bizim ata-baba torpaqlarımızdan gözlərini çəkməlidirlər ki, biz də onlara kömək edə bilək”.

Müsahibimiz bundan sonrakı Qarabağ danışıqları ilə bağlı da fikirlərini bölüşüb:

“Mən həmişə ümidlə yaşayıram. Çünki mən Qarabağa, Şuşama getmək istəyirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler