» » Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı -

Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı - Növbəti bəyanat

Bölmə: Xəbər
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı - “Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir”.

Bu barədə Xalqinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin bəyanatında qeyd olunur ki, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

“Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir”.

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler