» » Müdafiə naziri prezidentlə görüşdü - FOTO

Müdafiə naziri prezidentlə görüşdü - FOTO

Bölmə: Xəbər, MANŞET
Müdafiə naziri prezidentlə görüşdü - FOTOPakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Noyabrın 19-da Müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər noyabrın 19-da sona çatacaq..

Müdafiə naziri prezidentlə görüşdü - FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler