» » Bakıda 18 yaşlı qızın dəhşətli sonu –

Bakıda 18 yaşlı qızın dəhşətli sonu – TƏFƏRRÜAT- YENİLƏNİB

Bölmə: Xəbər
Bakıda 18 yaşlı qızın dəhşətli sonu – Qardaşı və anasını itirən qız intihar edib

Noyabrın 17-də Bakının Sabunçu rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, Məhəmmədi qəsəbəsində 1996-cı il təvəllüdlü Abdulzadə Ləman Süleyman qızı özünü kirayədə yaşadığı evdə asıb. 18 yaşlı qız elektrik naqili ilə ayaqlarını çarpayıya bağlayıb. Daha sonra naqilin bir ucunu qapının əlcəyinə keçirən L.Abdulzadə özünü boğaraq intihar edib.


Bildirilir ki, intihar edən 18 yaşlı qızın anası 3 ay əvvəl dünyasını dəyişib. Bundan əvvəl isə onun qardaşı vəfat edibmiş. Əslən Şəki rayonundan olan L.Abdulzadə atası ilə birlikdə Məhəmmədidəki evdə kirayə yaşayırmış.

Dünən axşam saatlarında evə qayıdan Süleyman Abdulzadə qapının arxadan bağlandığını və qızının telefon zənglərinə cavab vermədiyini görüb. Qapını sındıraraq içəri daxil olan ata qızının intihar etdiyini görüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler