» » Aşan avtomobil nazirliyə 7 min manat ziyan vurub

Aşan avtomobil nazirliyə 7 min manat ziyan vurub

Bölmə: Xəbər
Aşan avtomobil nazirliyə 7 min manat ziyan vurubDünən Bakı dairəvi yolunda baş verən qəza nəticəsində yol təsərrüfatına 7 min manatdan artıq ziyan dəyib.Xalqinfo.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev trend-ə deyib ki, yol qəzası zamanı yol təsərrüfatına 7358 manat ziyan dəyib. Belə ki, 90 poqonmetr əyri xətli tir, 50 ədəd işıqqaytaran sıradan çıxıb.

Qeyd edək ki, dünən Bakı dairəvi yolunda betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler