» » Göyçay sakini ailəsinə faciə yaşadı

Göyçay sakini ailəsinə faciə yaşadı

Bölmə: Xəbər
Göyçay sakini ailəsinə faciə yaşadıGöyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Xalqinfo.az apa-ya istinadən bildirir ki, hadisə rayonun Şahsoltanlı kəndi ərazisindəki Çərmədil adlanan dağlıq ərazidə baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Elxac Eldar oğlu mülkiyyətində olan pay torpağında ailə üzvləri ilə birgə taxıl səpini apararkən ehtiyatsızlıq edib və ayağı sürüşərək 200 metr hündürlüyü olan qayadan aşağı düşüb. Məlumata görə, Elxac Cəfərov dumanlı havada dağın qayalıq hissəsinə yaxınlaşdığını görməyib. Bir uşaq atası E.Cəfərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler