» » Bakıda betonqarışdıran maşın aşdı –

Bakıda betonqarışdıran maşın aşdı – Tıxac yarandı

Bölmə: Xəbər
Bakıda betonqarışdıran maşın aşdı –Bakı Dairəvi yolunda betonqarışdıran maşın aşdı.

Xalqinfo.az xəbər verir ki, bu haqda məlumat Qaradağ rayon Polis İdarəsindən apa-ya verilib.

Məlumata görə, hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb.
“KamAz” markalı, 10 NL 413 dövlət nömrə nişanlı betonqarışdıran maşın idarəetməni itirərək aşıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb və maşında olan beton yola dağılıb.

Hadisə səbəbindən Bakı Dairəvi yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler