» » Qonşusunu öldürən şəxs məhkəmə qarşısına çıxarılır

Qonşusunu öldürən şəxs məhkəmə qarşısına çıxarılır

Bölmə: Xəbər
Qonşusunu öldürən şəxs məhkəmə qarşısına çıxarılırBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin iyulun 29-da Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində baş verib. Kamil Məmmədov münaqişə zəminində qonşusu Rasim Əliyevə bir neçə bıçaq xəsarəti yetirib. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Qətli törədən Kamil Məmmədov hadisə yerindən qaçaraq gizlənmək istəyib. Lakin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində o tutulub. Araşdırmalar zamanı məlum olub ki, Kamil Məmmədov əvvəllər də adam öldürdüyü üçün məhkumluq həyatı yaşayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler