» » Serj Sarkisyan Azərbaycanda hərbi təlimdə - FOTOLAR

Serj Sarkisyan Azərbaycanda hərbi təlimdə - FOTOLAR

Bölmə: Xəbər, MANŞET
Serj Sarkisyan Azərbaycanda hərbi təlimdə - FOTOLARErmənistan prezidenti Serj Sarkisyan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyan işğal edilən Azərbaycan torpağında keçirilən hərbi təlimlərə baxıblar.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Təlimdə tanklardan atılan atəşin səviyyəsi yoxlanılıb.

Təlimin sonunda Serj Sarkisyanın həbrçilərə mükafat təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Serj Sarkisyan Dağlıq Qarabağa dünən baş verən helikopter olayından sonra gəlib. Onun quru yolla gəlməsi Azərbaycan mediasında geniş müzakirəyə səbəb olub, çünki erməni helikopterinin vurulmasından sonra istər Azərbaycanın Xarici İşlər Nazirliyi, istərsə də Müdafiə Nazirliyi bəyanat verərək işğal edilən bölgələrdə uçuşlara qadağa qoyulduğunu açıqlayıb. Belə olan halda Sarkisyanın gəlişi elə onun özünün təlaşa düşməsinə gətirib çıxarıb.

Azərbaycan politoloqları isə Sarkisyanın təyyarə ilə Qarabağa gələcəyi təqdirdə vurulacağını deyib.

Xüsusilə, millət vəkili Zahid Oruc vurğulayıb ki, Ermənistan prezidenti Serj Sarkisyan da o qədər məsafəni təyyarə ilə qət edib gələcəksə, Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə atacaqsa, eyni cəza ona da veriləcək.

Serj Sarkisyan Azərbaycanda hərbi təlimdə - FOTOLARSerj Sarkisyan Azərbaycanda hərbi təlimdə - FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler