» » Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Bölmə: Xəbər
Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir
Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.

Təbii olaraq hər kəs şəxsi təyyarələrə sahib ola bilmir. Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər.

Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.

Modern.az saytının Türkiyədəki mənbələrdən əldə etdiyi məlumatlara görə, şəxsi təyyarəsi olan bir neçə imkanlı azərbaycanlı var.

Məsələn, bu sıraya eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov, məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da daxildir.

Verilən məlumata görə, Mübariz Mənsimovun əvvəllər 5 şəxsi təyyarəsi olsa da, hazırda 1-i qalıb. Onun şəxsi təyyarəsi ilə İstanbuldan birbaşa Amerika Birləşmiş Ştatlarına uçmaq olur.

Bir müddət əvvəl müflis elan olunmuş Azərbaycan əsilli iş adamı Telman İsmayılovun 2 şəxsi təyyarəsi olub, lakin indi yoxdur. Həmçinin Anar Məmmədovun da bir təyyarəsi olub, hazırda isə yoxdur.

Məlumata görə, daha bir azərbaycanlı məmur hələ də İstanbula şəxsi təyyarəsi ilə gedib-gəlir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler