» » Diri-diri yandırılan qadınla bağlı

Diri-diri yandırılan qadınla bağlı RƏSMİ AÇIQLAMA

Bölmə: Xəbər
Diri-diri yandırılan qadınla bağlıDaxili İşlər Nazirliyi və Baş Prokurorluq Gəncədə törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə daha bir ağır cinayətin üstü açılıb və həmin hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar: “Xəbər verildiyi kimi, noyabrın 7-də Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ev sahibinin əlləri və ayaqları naqillə bağlanmış halda qismən yanmış meyiti tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov həmin tarixdə tamah məqsədilə yaşadığı mənzilə daxil olaraq Pərvanə İsmayılovanın xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar sonuncuya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədi ilə mənzili və meyiti yandırıblar. İstintaq hərəkətləri ilə həmçinin o da müəyyən olunub ki, M.Cəlilov və R.Hüseynov bu il oktyabrın 1-də gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib, bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler