» » Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxardı

Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxardı

Bölmə: Xəbər
Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxardı



Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynadan Polşaya göndərilib.

“Xalqinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan Feysbuk hesabında məlumat verib.

“Bu, yerli vaxtla saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin, Miqrasiya Xidmətinin və Milli Polis əməkdaşlarının iştirakı ilə baş tutdu. Prosedur zamanı Mixail Saakaşvilinin ətrafından olan naməlum insanlar hüquq-mühafizə orqanlarına hücum etdilər. Sərhədçilər özlərini qorumaq üçün güc tətbiq etməli oldular”, - deyə O. Slobodyan bildirib.

Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdə restoranlardan birində saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler