» » “WhatsApp”dan daha bir unikal yenilik

“WhatsApp”dan daha bir unikal yenilik

Bölmə: Xəbər
“WhatsApp”dan daha bir unikal yenilik
“WhatsApp” messencerində pulköçürmə sisteminin tətbiqinə başlanılır.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, şirkət artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər.

İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler