» » DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə - REAKSİYA

DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə - REAKSİYA

Bölmə: Xəbər, MANŞET
DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə - REAKSİYADaxili İşlər Nazirliyi Bakıda İŞİD-in təlim mərkəzinin olduğu haqda yayılan xəbərlərə münasibət bildirib.

Xalqinfo.az-a verilən məlumata görə, İŞİD-in təlim mərkəzində görüşlər əsasən günorta saat 16:00-dan sonra keçirilir.

Xalqinfo.az bildirir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov publika.az-a açıqlamasında məsələni araşdıracaqlarını deyib.
“Bu xəbərdən məlumatımız var. Məsələ ilə bağlı maraqlanacağıq”, - deyə o, qısa olaraq münasibət bildirib.

Qeyd edək ki, “müsavat.com” saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur.

Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler