» » Ramil Usubov yeni rəisi təqdim etdi

Ramil Usubov yeni rəisi təqdim etdi

Bölmə: Xəbər
Ramil Usubov yeni rəisi təqdim etdiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov şəxsi heyətə təqdim olunub.

Xalqinfo.az bildirir ki, apa-nın məlumatına görə, S. Əzimovu şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir idarənin yeni rəisinə uğurlar arzulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov isə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirliyin Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler