Deputat Azərbaycanda yaxın qohumları quda olmamağa çağırdıBölmə: Xəbər
![]() Görülən bir sıra tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq Azərbaycanda qohum evliliklərinə üstünlük verənlər kifayət qədərdir. İllərdir ölkəmizdə qalan bu ənənəyə təbii ki, daha çox kənd və qəsəbələrdə rast gəlmək olar. Övladlarını yaxın qohumla evləndirməyə çalışan bəzi valideynlər çox vaxt bu evliliyin gətirəcəyi fəsadlardan xəbərsiz olurlar. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Modern.az-a bildirib ki, qohum evliliklərindən irəli gələn ən əsas problem irsi qan xəstəliklərinin yaranmasıdır: “Bu evliliklərdən doğulan uşaqlarda hemofiliya, talassemiya xəstəlikəri və bəzi pozğunluqlarla müşayiət olunan əqli geriliyin inkişafı baş verə bilir”. İlham Məmmədovun sözlərinə görə, qohum evliliklərin qarşısının alınması məqsədilə Milli Məclis tərəfindən Ailə Məcəlləsinə edilən dəyişiklik var: “Tək bu məsələylə bağlı deyil, eləcə də cinsi yolla keçən xəstəliklərin və istənilən irsi yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə nikah qeydiyyatından qabaq qanın müayinəsinin aparılması nəzərdə tutulub. Təbii ki, bu yolla hər hansı problem varsa, üzə çıxır. Ancaq bu tədbir evlilik hüququnun qarşısını almır. Sadəcə onlara evlənmək istəyənlərə məsləhət verilir və baş verəcək təzahürlərlə bağlı xəbərdarlıq olunur”. İlham Məmmədovun fikrincə, bu məsələylə bağlı ciddi maarifləndirmə işləri aparılmasına ehtiyac var: “Qohum evliklərinin hələ də qalması mental xüsusiyyətlərdən və adət-ənənədən irəli gəlir. Amma son illərdə görülən tədbirlər, maarifləndirmə işləri bu məsələnin qarşısını xeyli alıb”. Deputat qohum evliliyinə üstünlük verən valideynləri bundan çəkinməyə çağırıb. |
XƏBƏR LENTİ
20.04.18 20:37 | Putin dünyanın ən nüfuzlu şəxslərinin siyahısına düşmədi
20.04.18 20:34 | Bəhreyn kralı prezident İlham Əliyevi təbrik edib
20.04.18 20:32 | Nəsibə Zeynalovanın anadan olmasından 102 il ötür
20.04.18 20:13 | İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb
20.04.18 19:40 | Yaponiyada vulkan 250 il sonra püskürdü
20.04.18 19:11 | Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək
20.04.18 19:10 | Azərbaycanda bu Dövlət Komitəsi ləğv edildi
20.04.18 19:06 | 46 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
20.04.18 18:42 | Eldar Mahmudov məhkəməyə verildi
20.04.18 18:41 | Sabah metroda yeni qatar xəttə buraxılacaq
20.04.18 18:26 | Prokuror Ziya Məmmədovun qardaşı oğluna “atan”a iş istədi
20.04.18 18:26 | Azərbaycanda yeni qurum yaradıldı
20.04.18 18:08 | Baş həkim icra başçısının müavini təyin olundu
20.04.18 17:31 | Avtomobilə dəyən zərər hərracda qiymətləndiriləcək
20.04.18 17:29 | Bayıldakı altı evə görə sakinlərə vəsait ödənilib
20.04.18 17:12 | Növbədənkənar seçkilər keçirməkdə Ərdoğanın niyyəti nədir?
20.04.18 17:07 | Verilən vədlər bu gün reallaşdı - “Magnit” üçün özəl gün
20.04.18 16:43 | Kral Salman İlham Əliyevi təbrik etdi
20.04.18 16:41 | Amaşov Ombudsmana irad tutdu
20.04.18 16:06 | Prezident Əli Həsənovla bağlı sərəncam verdi
20.04.18 15:47 | Sabah Milli Məclisdə yeni baş nazir seçiləcək
20.04.18 15:15 | Ermənistanda bu gün 107 etirazçı saxlanılıb
20.04.18 14:43 | Bələdiyyə sədri 4 min cərimələndi
20.04.18 14:25 | Səbail İcra Hakimiyyəti prezidentə müraciət ünvanladı
|