» » Memarlıq və İnşaat Universiteti İbad Hüseynovla bağlı yanlışlığa

Memarlıq və İnşaat Universiteti İbad Hüseynovla bağlı yanlışlığa Cavab verdi

Bölmə: Xəbər
Memarlıq və İnşaat Universiteti İbad Hüseynovla bağlı yanlışlığa
Sosial şəbəkələrdə Qarabağ müharibəsinin iştirakçısı, kəşfiyyat dəstəsinin keçmiş komandiri, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynovla bağlı növbəti qalmaqallı müzakirələr başlayıb.

Müzakirələrə səbəb Memarlıq və İnşaat Universitetinin rektoru, keçmiş deputat Gülçöhrə Məmmədovanın imzası ilə İbad Hüseynova verilmiş vəsiqədə onun “Azərbaycanın Milli Qəhrəmanı” kimi təqdim olunmasıdır.

Modern.az-ın məlumatına görə, həmin vəsiqədən görünür ki, İbad Hüseynov universitetin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif edilib.

İbad Hüseynov Milli Qəhrəman kimi təqdim olunduğuna görə, Facebook-da açılan müzakirələrdə Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın ünvanına ciddi etirazlar bildirilib.

Məsələ ilə bağlı Modern-az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva yayılan xəbərlərdə yanlışlıq olduğunu qeyd edib:

“Universitetin rəhbərliyi 2012-ci ildə İbad Hüseynovun Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq, onu məzunu olduğu universitetin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin döş nişanı ilə təltif edib. Vəsiqədə mexaniki səhv kimi onun Milli Qəhrəman kimi təqdim olunması faktı dərhal düzəldilib və yeni vəsiqə İbad Hüseynova verilib. 6 ildən sonra bu məsələnin yenidən gündəmə gətirilməsi düşünürük ki, kimlərinsə marağında olan məsələdir. Azərbaycanın təhsil sistemində öz yeri və adı olan nüfuzlu bir universitetə, onun rəhbərliyinə qarşı bu cür çirkin kampaniya aparmaq jurnalist etikasına ziddir. Bəzi saytların, əsas da “reket” adını qazanmış saytların xüsusi canfəşanlıqla bu xəbəri tirajlaması məsələnin doğrudan da kimlərinsə marağında olduğunu təsdiqləyir. Ona görə dəyərli jurnalistlər, xəbəri yaymazdan əvvəl onun nə dərəcədə real olmasına diqqət yetirinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler