» » Türkiyə öz vətəndaşlarına ABŞ-a səfərlə bağlı xəbərdarlıq etdi

Türkiyə öz vətəndaşlarına ABŞ-a səfərlə bağlı xəbərdarlıq etdi

Bölmə: Xəbər
Türkiyə öz vətəndaşlarına ABŞ-a səfərlə bağlı xəbərdarlıq etdi


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına ABŞ-a səfərin təhlükəsizlik baxımından arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib.

Xalqinfo.az -ın Türkiyə mediasına istinadən görə, bu, Türkiyənin ABŞ Dövlət Departamenti tərəfindən atılan analoji addımına cavab addımı olub.

Türkiyə XİN-in bəyanatında deyilir ki, ABŞ-da terror və zorakılıq aktlarının, eləcə də vətəndaşlarımızın əsassız həbsi halları və hökumət orqanlarının onlara münasibətdə qanunsuz hərəkətlərinin artımı müşahidə olunur:

“Bununla əlaqədar vətəndaşlarımıza ABŞ-a səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edirik. Təcili səfərlər zamanı diqqətli olmağa çağırırıq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti daha əvvəl amerikalılara yüksək terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfərlərdən yayınmağı tövsiyə edib, Türkiyəni Pakistan və Sudan ilə birgə təhlükənin yüksək olduğu ölkələr sırasına daxil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler