» » Quldurluqda təqsirləndirilənlər məhkəmə qarşısında

Quldurluqda təqsirləndirilənlər məhkəmə qarşısında

Bölmə: Xəbər, Kriminal
Quldurluqda təqsirləndirilənlər məhkəmə qarşısında



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova, Çinarə Bəhlulzadə və digərlərinin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə Ç.Bəhlulzadə ifadə verib.

O bildirib ki, 2016-cı ildə nikaha daxil olmadığı həyat yoldaşı Rusiyaya gedib, onu isə aparmaqdan imtina edib: “Mən rəfiqəm Elviragilə getdim, anası onlarda qalmağıma razı olmadı, Bakıda kirayə et tutdum. Bir müddət sonra Elvira ilə gecə klubuna getdik, orda Fəqanla tanış oldum, nömrəsini götürüb danışmağa başladım. Həmin klubda Biyarla da tanış oldum, onun evinə getdim. Ona yalandan magistraturada oxuduğumu dedim, 200 manat alıb evin kirayə pulunu verdim.

Ondan yenə pul istəyəndə vermədi və dedi ki, onun evində qalım. Mən razılaşmadım, kafedə Elvira ilə görüşüb bunları danışanda Fəqan da eşitdi. Telefonumda Biyarla yazışmalarımı oxudu, dostlarını bir yerə yığıb onun ünvanını məndən aldı. Bir yerdə ora getdik, Fəqan məni evə çıxmağa qoymadı, dedi Biyara heç nə etməyəcəyik. Mən razılaşmadım, orada Fəqan məni təhdid edib qolumdan vurdu. Mən maşında qaldım, Elvira Fəqangillə evə çıxdı. Sonra qaça-qaça gəldilər, Elvira ağlayırdı. Fəqan çantadan 4 bahalı telefon və planşet çıxartı, evdən pul götürdüklərini isə bilməmişdim. Dedilər ki, onlar Biyarı vurmaq istəyəndə qorxusundan özü bunları verib. Biz Gəncəyə getdik, Kamranla Fəqan Bakıda qaldı, sonra eşitdik ki, Kamranı tutublar. Biz ordan Hacıqabula, sonra da Bakıya gəldik. Kafedə bizi tutdular, dedilər evdən 7 min manat oğurlanıb. İstintaqda mənə təzyiq etdilər, döydülər, boş vərəqə qol çəkdim”.

Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani 2017-ci il yanvarın 13-də internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler