» » Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -

Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi - Fotolar

Bölmə: Xəbər, Idman
Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -
“Keşlə” Futbol Klubunda Müşahidə Şurası sistemi çoxdan qurulsa da, şuranın üzvlərinin kim olduğu bəlli deyildi.

Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, ilk dəfə dekabrın 25-də yığışan şuranın üzvlərinin kim olmasına görüntü baxımından aydınlıq gəlib.

Belə ki, komandanın baş məşqçisi vəzifəsi Ramiz Məmmədovdan alınıb ukraynalı Yuri Maksimova həvalə edilərkən Müşahidə Şurasının altı üzvü olduğu ortaya çıxıb.

Həmin iclasda “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyev, yeni baş məşqçi Yuri Maksimov və idman direktoru təyin olunan Ramiz Məmmədovdan başqa, altı nəfər üzv iştirak edirdi. Bunlardan üç nəfər əvvəldən bizə tanış sima idi. Belə ki, bizə tanışlardan biri “Keşlə”nin Müşahidə Şurasının sədri, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, digəri veteran, sabiq futbol hakimi Asim Xudiyev idi, üçüncü şəxs isə “Keşlə”nin maliyyə direktoru Elmar Qafarov idi.

Bəs digər üç nəfər kimdir? Əldə etdiyimiz məlumata görə, bunlardan biri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Komandanın təmsil etdiyi Keşlə qəsəbəsi bu rayona tabedir. Üstəlik, 2011-2015-ci illərdə Siyəzən Rayonunun icra başçısı olmuş Arif Qasımov Muxtar Respublikadan, daha doğrusu, Şərurdandır. Yəni, Zaur Axundovla tanışlıqları var. Digər üzv olan Rəşad Həsənov da Zaur Axundovun tanışıdır. Lakin onun yalnız iş adamı olduğunu öyrənə bildik.

Üçüncü şəxsin kim olduğunu öyrənə bilmədik. Asim Xudiyev bizə açıqlamasında bunları bildirdi:

“Açığı, həmin iclasda o qədər tanıtım olmadı. Bu üzdən həmin şəxsin adı və kimliyini bilmədim. Ancaq yəqin ki, növbəti iclaslarımızda bir-birimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”.

Elmar Qafarov isə həmin adamı xatırlamadığını bildirdi. Lakin sonda klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov köməyimizə çatdı. Belə ki, o, altıncı şəxsin adının Elşən Abbasov olduğunu və onun da iş adamı olduğunu qeyd etdi.

Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -
Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -
Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -
Nizami rayon icra başçısı futbol klubuna üzv təyin edildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler