» » Ermənilərdən KVN təxribatı

Ermənilərdən KVN təxribatı

Bölmə: Xəbər
Ermənilərdən KVN təxribatıErmənilər daha bir təxribata əl atıb.

Xalqinfo.az bildirir ki, ans press-in məlumatına görə, erməni mətbuatı tanınmamış Dağlıq Qarabağ respublikasının şən və hazırcavablar klubunun Soçidə gələn ilin yanvar ayında keçiriləcək "KiViN - 2015" beynəlxalq festivalında iştirak edəcəyini yazıb.

KVN Beynəlxalq İttifaqının rəsmi saytında bildirilir ki, tanınmamış Dağlıq Qarabağ respublikasının şən və hazırcavablar klubu festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.

"Bakılı oğlanlar" KVN komandasının üzvü Murad Dadaşov məsələ ilə bağlı açıqlama verdi.

M.Dadaşov ANS PRESS-ə bildirdi ki, bu çox ciddi məsələdir və bununla bağlı Azərbaycanda aidiyyatı qurumlar ciddi şəkildə məşğul olmalıdır.

"Bu ermənilərin növbəti təxribatıdır. Onda gərək biz də İrəvan komandası yaradaq və bu cür beynəlxalq festivallarda iştirak edək. Nəyə görə həmişə bir addım geridə qalırıq? Ermənilər bir qələt edirlər, sonra da layiqli cavabını alırlar", deyə M.Dadaşov bildirdi.

Dadaşov onu da bildirdi ki, Şən və hazırcavablar klubunun yaradıcısı və aparıcısı Aleksandr Maslyakovun oğlu Şən Hazırcavablar Klubunun (KVN) Premyer Liqası və I Liqasının aparıcısı, "TTO AMİK" MMC-nin baş direktoru Aleksandr Aleksandroviç Maslyakov bu ayın 11-də Bakıya gələcək.

"Azərbaycan KVN Beynəlxalq İttifaqı qarşısında bu məsələni qaldırmalıdır, səssiz qalmamalıdır, hesabat tələb etməlidir. Maslyakov Bakıda olarkən tanınmamış bir respublikanın belə bir beynəlxalq festivalda iştirakına necə icazə verilməsini soruşmaq lazımdır. Aidiyyatı qurumlarımız, jurnalistlərimiz ondan hesabat tələb etməlidir", deyə Murad Dadaşov bildirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler