» » Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən və xəsarət alan var

Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən və xəsarət alan var

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Sumqayıtda zavodda bədbəxt hadisə: Ölən və xəsarət alan var
Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler