» » Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı -

Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı - Video

Bölmə: Xəbər, Kriminal
Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı - Gəncədə fərdi yaşayış evində yanğın olub.

ARB TV xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib.

Ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, ümumi sahəsi 105 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı içəridə yaşlı kişinin meyiti aşkarlanıb. Məlum olub ki, cəsədi tapılan şəxs 72 yaşlı Qüdrət Məmmədovdur. Hadisə baş verən zaman xəstə olan ahıl kişi evdə tək olub. Onun 66 yaşlı həyat yoldaşı Səidə Məmmədova hadisə baş verməzdən öncə qaz balonunun üzərində yemək qazanını qoyaraq evdən çıxıb və dükana gedib. Bir müddət sonra qaz balonunda başlayan yanğın evi də bürüyüb.

Faktla bağlı araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler