“İraqdakı azərbaycanlı qadınlar barədə ciddi faktlar aşkarlanıb” - XİNAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a deyib ki, qadınlarla bağlı məsələ İraqın hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. İraqdakı qadınların taleyi “Hazırda həmin qadınlar İraqın təhlükəsizlik orqanlarının nəzarəti altındadır. Çünki həmin qadınların əksəriyyətinin həyat yoldaşı silahlı qruplaşmaların tərkibində İraq ərazisində qeyri-qanuni fəaliyyət göstəriblər. İraqın təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində həmin zonalar azad olunub və həmin azərbaycanlı qadınlar təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüblər. Bu məsələ İraqın xüsusi orqanları tərəfindən araşdırılır”. “Səfirliyin əməkdaşları qadınlara baş çəkir” XİN rəsmisinin sözlərinə görə, azərbaycanlı qadınlarla bağlı ciddi faktlar mövcuddur. “İraqda səfirliyimiz fəaliyyət göstərir. Sadəcə olaraq diplomatik korpusa müvəqqəti işlər vəkili rəhbərlik edir. İraq hökumət qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə səfirliyimizin əməkdaşları həmin Azərbaycan vətəndaşları ilə görüşürlər, onların humanitar problemlərinin həll olunmasına köməklik göstərirlər. İraq məhkəmə hüquq sistemi tərəfindən bu məsələlər nəzərdən keçirilir. Ortada qadınların həyat yoldaşlarının İraqın ərazisində qanunsuz silahı qruplaşmaların tərkibində fəaliyyət göstərmələri və İraq qanunlarını ciddi şəkildə pozmaları faktı var”. Onlar Azərbaycana qayıtmaq istəyirlərmi? Hikmət Hacıyev bildirib ki, qadınların Azərbaycana ekstradisiya olunması məsələsində hər hansısa vaxt çərçivəsini qeyd etmək doğru olmaz. “Sadəcə, məsələ gündəmdədir. İraq hökumət orqanları bu məsələ ilə daim təmasdadır. 100-ə yaxın azərbaycanlı qadının olması barədə məlumat var. Amma hər bir fakt ayrı-ayrılıqda araşdırılır. Çünki qadınların əksəriyyətinin üzərində sənədlərin olmaması hüquq-mühafizə orqanlarının işini bir qədər çətinləşdirir. Həmin qadınların Azərbaycandan nə vaxt çıxdığını konkret demək çətindir. Ona görə də hər bir fakt araşdırılır. Onlar Azərbaycana qayıtmaq istəklərini dilə gətirirlər. Bunun üçün müəyyən qərarlar olmalıdır Sadəcə, İraq huquq-mühafizə orqanları bu məsələni nəzarətdən keçirir”. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|