» » Yol polisi maşını avtobusla toqquşdu, yaralılar var

Yol polisi maşını avtobusla toqquşdu, yaralılar var

Bölmə: Xəbər
Yol polisi maşını avtobusla toqquşdu, yaralılar var
Bakıda yol qəzası baş verib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza Keykab Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Zaur Rzayevin idarə etdiyi "BMW" markalı avtomobillə sürücüsü məlum olmayan “Ford Transit” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişinlər - 1954-cü il təvəllüdlü Minarə Hacı qızı Səmədova, İlqar Canəli oğlu Həsənov, 1964-cü il təvəllüdlü Eldar Əhməd oğlu Səmədov və qardaşı, 1959-cu il təvəllüdlü Rəşad Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır (APA).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler