» » Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Nazir yeni rəis təyin etdiPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış Ədliyyə Nazirliyinin Probasiya xidmətinə yeni rəis təyin olunub.

Oxu.az xəbər verir ki, bu vəzifə Akşin Ziyadova həvalə edilib.

Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb.

Xatırladaq ki, Probasiya xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edəcək.

Yeni xidmət cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələri tətbiq edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler