» » Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Bölmə: Xəbər
Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı  Dekabrın 5-də prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib.

Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb.

Hazırda təhsil naziri postuna kimin gətiriləcəyi müzakirə olunmaqdadır. İctimaiyyət yeni təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif versiyalar səsləndirir.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.

Deputat deyib ki, yeni təhsil naziri kimliyindən asılı olmayaraq təhsil sahəsində müvafiq islahatlar həyata keçirməlidir:

“İstərdim ki, məktəbəqədər təhsildən başlayaraq, ali və elmi təhsilə yeni və gənc mütəxəssislər cəlb olunsun. Məktəblərdəki təhsili gücləndirmək üçün orada çalışan müəllimlərin maaşı artırılsın. Təhsil sistemi ölkənin gələcəyini təmin edən əsas amillərdən biridir. Hesab edirəm ki, təhsil sahəsində islahatlar aparılmalıdır. Azərbaycanın universitetləri güclənməlidir. Bunun üçün bir çox universitetləri birləşdirmək lazımdır. Bununla bağlı hələ işlər qarşıdadır. Ümidvarıq ki, islahatları həyata keçirmək üçün yaxın müddətdə Milli Məclisdə də bu istiqamətdə hüquqi bazanın yaradılması yekunlaşacaq. Bilirsiniz ki, parlamentdə “Məhkəbəqədər təhsil haqqında”, “Elm haqqında” qanun qəbul edildi və hazırda “Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş gedir. Yaxın müddətdə bu iş də yekunlaşacaq. Hərtərəfli işləmək lazımdır ki, ölkənin gələcəyi təmin olunsun”.

A.Mollazadə deyib ki, hazırda təhsil sahəsində nöqsanlar var.

“Bilirdiyimiz ki, təhsil sahəsində islahatlar bir günün içərisində möcüzəvi şəkildə baş vermir. Bu mütəmadi iş tələb edir. Biz çox istərdik ki, təhsil sahəsində yeni mütəxəssislərin yetişdirilməsi yəni , kadr islahatları ilə bağlı işlər davam edilsin”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler