» » Növbəti mitinq həyəcanı -

Növbəti mitinq həyəcanı - Bakıda

Bölmə: Xəbər, BLOK XƏBƏR
Növbəti mitinq həyəcanı -Azərbaycan İslam Partiyası noyabrın 16-da mitinq keçirməyə razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

“Xalqinfo.az” xəbər verir ki, “Media forum” saytına bu haqda məlumat verən partiya sədrinin müavini Akif Heydərli deyib ki, mitinqin keçirilməsi üçün meriyadan metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionun ayrılmasını istəyiblər: “Bakı Şəhər İcra Hakimiyyətindən cavab almamışıq. Amma hələ vaxta var. Mitinqdə səsləndiriləcək şüarlar, toxunulacaq məsələlər bəllidir. İslamçılar beynəlxalq təşkilatlardan siyasi məhbus statusunu müəyyənləşdirmək üçün konkret addımlar atmağı, Azərbaycanda insanların sosial həyat tərzinin ağırlaşmasına təsir edən amilləri aradan qaldırmağı, Dağlıq Qarabağ münaqişəsinə ikili standartla yanaşmaya son qoymağı, Ermənistana qarşı sanksiyalar tətbiqini tələb edəcək.

İslam Partiyası 20 il əvvəl demişdi ki, Azərbaycanda neft strategiyası düzgün aparılmır və bu strategiyanın hər bir Azərbaycan ailəsinə, vətəndaşına, onun həyat tərzinin yüksəlməsinə təsir etmək ehtimalı yoxdur. Buna görə partiya təhdidlərə, təqiblərə, həbslərə məruz qaldı, bu təzyiqlər indi də davam edir”.

Milli Şuranın 10 noyabr mitinqində islamçıların iştirakı məsələsinə gəldikdə, Akif Heydərli hələ partiyada bu haqda müzakirələrin aparıldığını bildirib: “Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşdən sonra iştirak haqda qərar verdik. Amma Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvlərinin İslam Partiyasının mitinqdə iştirakından narahatçılığı bizə çatıb. Bu məqamlara həssas yanaşırıq, ona görə müəyyən tərəddüdlər yaranıb”.

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda keçiriləcəyini bəyan edib. Mitinqdə siyasi məhbus məsələsinin, insan haqları və sosial durumla bağlı problemlərin gündəmə gətiriləcəyi bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler