» » Bakıda "avtoş" polisin maşınını əzdi - FOTO

Bakıda "avtoş" polisin maşınını əzdi - FOTO

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakıda "avtoş" polisin maşınını əzdi - FOTODünən Binəqədi rayonu ərazisində yol polisi avtomobili ilə mülki avtomobil toqquşub
Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, 90 FT 492 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil 10 YP 564 nömrə nişanlı DYP avtomobilinə çırpılıb.

Məlumata görə, hadisə “Priora”nın sahibinin avtoxuliqanlıq etməsi zamanı baş verib. Belə ki, qeyd olunan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları ona saxlamaq əmri veriblər, lakin o, avtomobili saxlamayaraq, ərazidən uzaqlaşmağa başlayıb. Bundan sonra bir neçə yol polisi avtomobili onu dayandırmağa çalışıb. Bu zaman da qəza baş verib.

Məlumatda qeyd olunur ki, əzilən YPX avtomobilində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.

Sürücü saxlanılaraq, istintaqa təhvil verilib. Araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler