» » Bakıda taksilərlə bağlı yeni qaydalar

Bakıda taksilərlə bağlı yeni qaydalar

Bölmə: Xəbər
Bakıda taksilərlə bağlı yeni qaydalarTaksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanunda qeyd edilib.

Belə ki, qanunun 20-ci maddəsinin (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) 20.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.

Hazırki qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler