» » Londona uçan təyyarə Bakıda qəza enişi etdi

Londona uçan təyyarə Bakıda qəza enişi etdi

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Londona uçan təyyarə Bakıda qəza enişi etdi“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler