» » Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir

Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir

Bölmə: Xəbər
Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kardo və daraqla daranmaya məruz qalmamış zərif heyvan tükünə tətbiq edilən gömrük rüsumu ləğv olunacaq.

“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda kəşmir keçiləri, anqara kroliki, alpaqa, lama, vikunya, dəvə, anqora, tibet və ya oxşar cinsli keçilər, dovşan, qunduz, nutriya və ondatranın tükünün idxalına 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilib. Gələn il yanvarın 1-dən bu zərif heyvan tükləri idxal gömrük rüsumundan azad ediləcək. Kardo və ya daraqla daranmaya məruz qalmış zərif heyvan tüklərinə gəlincə, kəşmir keçilərinin tükü üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Digər zərif heyvan tüklərinə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Tərkibində 85 kütlə % və ya daha çox yun və zərif heyvan tükü olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu da gələn ildən ləğv olunur.

Gələn il yanvarın 1-dən kardo və daraqla daranmaya məruz qalmamış, o cümlədən daranmaya məruz qalmış qaba heyvan tükünə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 5 faizə endiriləcək. Yundan və ya zərif və ya qaba heyvan tükündən didilmiş xammala tətbiq edilən idxal gömrük rüsumu 3 faizdən 5 faizə, qaldırılacaq.

Kardo və daraqla daranmaya məruz qalmamış qoyun yunu, o cümlədən pərakəndə satış üçün qablaşdırılmış yun ipliyi və ya zərif heyvan tükü ipliyinə (tərkibində 85 kütlə % və ya daha çox yun və ya zərif heyvan tükü olan) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Tərkibində 85 kütlə % və ya daha çox yun olan pərakəndə satış üçün qabladırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da qüvvədə qalıb. Aparatla əyrilmiş yun ipliyindən və ya aparatda əyrilmiş zərif heyvan tükü ipliyindən parçalara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə gələn ildən hər 1 kvadratmetr üçün hesablanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler