» » Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü:

Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü: yaralılar var

Bölmə: Xəbər
Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü:Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az apa-nın şimal bürosunun verdiyi məlumata istinadən bildirir ki, 10 SU 507 dövlət nömrə nişanlı, BMW markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan Ukrayna vətəndaşları ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar – 1976-cı il təvəllüdlü Kebotay Ludmila Nikolayevna və onun oğlu 1997-ci il təvəllüdlü Kebotay İqoreviçdir. L. Kebotaya qapalı kəllə-beyin travması, oğluna isə sınıq diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler