» » Maye qazla işləyən avtomobillərlə bağlı -

Maye qazla işləyən avtomobillərlə bağlı - Təklif

Bölmə: Xəbər
Maye qazla işləyən avtomobillərlə bağlı -
Son zamanlar Azərbaycanda benzinlə işləyən avtomobillərə EKO qaz (LPG) sistemlərinin quraşdırılması sürətlənib. Avropa EKO qaz sistemi ilə işləyən avtomobillərin qapalı avtoparklara girişi qadağandır. Ancaq müşahidələr göstərir ki, Azərbaycanda bununla bağlı heç bir qadağa yoxdur. Varsa da, əməl edilmir.

Xalqinfo.az-ın məlumatına görə, EKO qaz sistemlərinin quraşdırılması və təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Ölkə.Az”a açıqlamalar veriblər.

Maye qazla işləyən avtomobillərlə bağlı -

Benzinlə işləyən avtomobillərin sonrada EKO qaz sisteminə keçməsi ilə bağlı danışan Kamran Əliyev bildirdi ki, istənilən halda Dövlət Yol Polisindən yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı icazə alınmalıdır:

“İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır. Avtomobilin şəhadətnaməsində hansı qaz yanacağı ilə işləməsi barədə xüsusi qeydlər yazılır”.

EKO qaz sisteminə keçən avtomobillərin təhlükəsizliyi və qapalı avtoparklarda saxlanılması ilə bağlı açıqlamasında BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, Azərbaycanda bu tip avtomobillərin sayı çox olmadığı üçün onların qapalı avtoparklarda park edilməsinə ciddi diqqət yetirilmirdi:

“Maye qazla işləyən avtomobillərin sayı artarsa, o halda həmin avtomobillərin qapalı ərazidə müəyyən təhlükəyə səbəb olmaları nəzərə alınaraq həmin yanacaqla işləyən avtomobillərin qapalı avtoparklara girişinə müəyyən məhdudiyyələr tətbiq oluna bilər”.

Maye qazla işləyən avtomobillərlə bağlı -

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə açıqlamasında bildirib ki, EKO qaz sisteminin Azərbaycana gəlməsi çox gözəldir:

“Dünyanın hər bir yerində bu sistemdən istifadə edirlər. Artıq avtobuslarımızın çoxu sıxılmış qazla işləyir. Bu sistemdə önəmli yer tutan məsələ təhlükəsizlikdir. Birincisi sistemin quraşdırılması, yanacağın çatdırılmasıdır, digəri isə qapalı ərazilərdə həmin avtomobillərin saxlanılmasına aiddir. Sıxılmış qaz hər bir halda benzindən, dizel yanacağından daha təhlükəlidir. Alışma, partlayış ehtimalı daha yüksəkdir. Ona görə də, Avropa ölkələrində EKO qaz sistemi ilə işləyən avtomobilləri qapalı avtoparklarda saxlanılması qadağandır. Bildiyimə görə, Avropa ölkələrində də bu sistemlə işləyən avtomobillərin qapalı avtoparklarda saxlanılmasını dərindən yoxlanılmır. Xüsusi yerlər - hansısa dövlət orqanının zirzəmiləri, qapalı avtoparkları istisna olmaqla digər yerlərdə ciddi yoxlama tədbirləri həyata keçirilmir.

Dünyanın hər yerində EKO qaz sistemlərini daha çox kommersiya tipli avtomobillərə qurşadırırlar. Bunlar avtobuslar, mikroavtobuslar, kiçik yük avtomobilləri və taksilərdir. Bu tip avtomobillərin isə qapalı yerdə heç bir işi yoxdur. Azərbaycanda yük avtomobilləri və avtobusların misal üçün Qış parkının altındakı avtoparka girməsi nəzərdə tutulmayıb. Yaxşı olar ki, avtomobillərinə EKO qaz sistemləri quraşdırmış şəxslərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilsin”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler