» » Azərbaycanda qadından tüfəng götürüldü -

Azərbaycanda qadından tüfəng götürüldü - İşə məhkəmə baxacaq

Bölmə: Xəbər
Azərbaycanda qadından tüfəng götürüldü -
Biləsuvar və Ağdaş rayonlarında sakinlərdən silahlar yığılıb.

Xalqinfo.az DİN-ə istinadən xəbər verir ki, ərazi polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan, Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd "İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd "İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.

Həmçinin polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Gürcuva kənd sakini Nurlan Əhmədov, Aşağı Nemətabad kənd sakinləri Vüqar Kazımov və Məzahir Rəhimov "İJ-16” və "TOZ-16”, Balakən şəhər sakini İlqar Osmanov nömrəsi silinmiş "İJ-16”, Ağdam rayonunun Əhmədağalı kənd sakini Kərəm Quliyev nömrəsi silinmiş "TOZ-16” markalı tüfəngləri könüllü olaraq aidiyyatı üzrə rayon polis şöbələrinə təhvil veriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler