» » Bakıda ağır yol qəzası -

Bakıda ağır yol qəzası - 4 nəfər öldü+ Yenilənib

Bölmə: Xəbər
Bakıda ağır yol qəzası - Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Xalqinfo” xəbər verir ki, Bakı Şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun ərazisində minik avtomobili ilə yük maşını toqquşub, nəticədə bir neçə nəfər ölüb.

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Xocəsən-Lokbatan yolunda “Mercedes” markalı avtomobilin mikroavtobusla toqquşması nəticəsində 5 nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler