» » Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Bölmə: Xəbər
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə isə dekabrın 06-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler