» » Azərbaycanda ev külə döndü

Azərbaycanda ev külə döndü

Bölmə: Xəbər
Azərbaycanda ev külə döndüQax rayonunda fərdi yaşayış evi yanıb

Xalqinfo.az xəbər verir ki, apa-nın məlumatına görə, yanğın bu gün səhər saatlarında, Qax şəhəri, Mircəlal küçəsində qeydə alınıb.

84 yaşlı Baba Camalova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan, 2-otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində 84 yaşlı qocanın tənha yaşadığı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Qax Rayon DYMH-də araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler