» » Azərbaycanın fəlsəfə professoru vəfat etdi

Azərbaycanın fəlsəfə professoru vəfat etdi

Bölmə: Xəbər
Azərbaycanın fəlsəfə professoru vəfat etdi
Fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayev 89 yaşında vəfat edib.

Xalqinfo.az Report-a xəbər verir ki, o, doğulduğu Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dəfn olunacaq.

Camal Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olub. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində alıb. Sonra Tbilisi də iki illik Müəllimlər İnstitutunda oxuyub. 1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub.

1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.

1957-1968-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləyib. 1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülüb.

1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləyib. 1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olub. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler