» » Əliyev Sabirabadda avtomobil yolunun açılışında -

Əliyev Sabirabadda avtomobil yolunun açılışında - Fotolar+ Yenilənib

Bölmə: Xəbər
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Noyabrın 28-də prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.

"Xalqinfo" xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezidentə məlumat verib.

***

Prezident İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Məlumat verilib ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.

***

Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

***

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.

Prezidentin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.

***

Azərbaycan prezidenti İlham Əliyev tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışına qatılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verib ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir.

Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -
Əliyev Sabirabadda avtomobil yolunun açılışında -


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler