» » Güzəşt müddəti bitdi, 100-dən çox sürücü cərimələndi -

Güzəşt müddəti bitdi, 100-dən çox sürücü cərimələndi - Video

Bölmə: Xəbər, Sosial
Güzəşt müddəti bitdi, 100-dən çox sürücü cərimələndi -
Avtomobilin dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı gündən-günə çoxalır.

Xalqinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsininin bölmə rəisi Vaqif Əsədov deyib.

Nömrədə silinən defis simvolu ilə bağlı sürücülərə hələ oktyabrın 12-də xəbərdarlıq etmişdi. Bir ay da vaxt verilmişdi ki, avtomobilin dövlət nömrə nişanında olan çatışmazlığı aradan qaldırsınlar. Amma statistika onu göstərir ki, hələ də buna məhəl qoymayan sürücülər var.

Qeyd edək ki, nömrəyə görə ölkə üzrə tərtib edilən 133 cərimənin böyük əksəriyyəti Bakıda yol polisi tərəfindən yazılıb. Amma bu istiqamətdə respublikanın magistral yollarında olan stasionar postlarda da yol polisi belə sürücülərə qarşı nəzarəti gücləndirib. Yol polisi bir daha sürücülərə xəbərdarlıq edir ki, avtomobillərinin nömrəsində olan çatışmazlığı aradan qaldırsınlar.

Son günlər sürücülər arasında belə bir xəbər də yayılıb ki, üzərində çip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələri dəyişdirməyən sürücülər də cərimə ediləcək. Buna görə də sürücülər arasında kütləvi şəkildə avtomobillərin nömrəsinin dəyişdirilməsi aparılıb. Lakin V.Əsədov bildirib ki, bu barədə heç bir göstəriş verilməyib.

Qeyd edək ki, noyabr ayının 13-dən etibarən avtomobilinin nömrəsində olan çatışmazlığı, yəni defis simvolunu bərpa etdirməyən sürücülər 50 manat məbləğində cərimə edilirlər.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler