» » Ağdamda partlayış:

Ağdamda partlayış: Yaralılar var

Bölmə: Xəbər, Sosial
Ağdamda partlayış:
Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində baş verib.

23 yaşlı Xəlilova Türkan Akif qızı odun sobasını kimyəvi məhlulla yandırmaq istəyərkən ani partlayış baş verib.

Alovun T. Xəlilovanı bürüdüyünü görən ailə üzvü Əfsanə Əhmədova odu söndürməyə nail olsa da, özü də yanıq xəsarəti alıb.

Onların hər ikisi təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler